Azərbaycanda çalışmış məşhur müəllim vəfat etdi

Sadə xəbər
GÜNDƏM 13.06.2022 1365

Uzun illərdir Azərbaycanda pedoqoji fəaliyyət göstərən türkiyəli müəllim Aziz Çankaya vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, bir müddət Bakı Ali Neft Məktəbində İngilis dili və Humanitar Fənlər Mərkəzinin baş müəllimi kimi fəaliyyət göstərən pedaqoq ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Aziz Çankaya 90-cı illərin əvvəllərindən Azərbaycanda fəaliyyət göstərib.

O, daha əvvəl Qafqaz Universitetində (hazırkı Bakı Mühəndislik Universiteti) müxtəlif vəzifələrdə işləyib.

Aziz Çankaya tələbələr arasında yüksək reytinqli və sevilən müəllimlərdən biri kimi tanınıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top