Serbiyanın baş nazirinin müavini Lavrovun ölkəyə səfərinin təxirə salınmasına sevinib

DÜNYA 09.06.2022 1100

Serbiyanın baş nazirinin müavini Zorana Mixayloviç Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ölkəyə səfərinin təxirə salınmasına şad olub.

Onun sözlərinə görə, səfər Belqradı və Serbiya prezidenti Aleksandr Vuçiçi çətin vəziyyətə salıb.

Mixayloviçin sözlərinə görə, Lavrovun səfərinin elanı artıq Serbiya üçün çətinliyə çevrilib. O qeyd edib ki, ölkə həqiqətən çətin olan bir anda enerji, maliyyə cəhətdən və siyasi mənada ayaqda qalmağa çalışır:

“Düşünürəm ki, dünya məsələlərinin arxamızdan həll edilməsi bizə lazım olacaq son şey olardı”.

Siyasətçi rusiyalı nazirin səfərinin təxirə salınmasını müsbət qiymətləndirib:

“Biz hər zaman eşidirik ki, Serbiya və Rusiya ən yaxşı dostdurlar. Əgər dostlarımızdılarsa, bu vaxt ziyarət etməyi planlaşdırmamalı idilər”.

Mixayloviç əlavə edib ki, hazırda Serbiya Avropa İttifaqına aparan yol haqqında düşünməlidir.

Mənbə: Lenta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top