Ömrünü tənha başa vuran ahıllar... - Azərbaycanda onlara necə qayğı göstərilir?

CƏMİYYƏT 02.06.2022 1350

Tez-tez evlərdən yaşlı insanların meyiti tapılır. Onların yaşlarının bu çağında evdə tənha dünyasını fəyişməsi olduqca ağrılıdır.

İstər-istəməz insanı bu sual düşündürür: tək yaşayan qocaların sonu niyə belə olur axı? Ümumiyyətlə, Azərbaycanda ahıllara necə qayğı göstərilir?

Lent.az bu sualla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib.

Nazirlikdən verilən məlumata görə, qurum 70 yaşdan yuxarı şəxslərə sosial yardım göstərir. 

Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi ahıllıqla əlaqədar özünə qulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan 70 yaş və bu yaşdan yuxarı ahıllara stasionar formada sosial xidmətlərin göstərilməsi, onlarla sosial işin aparılması və şəxslərin sosial reabilitasiyasının təşkilini həyata keçirir. 

Tənha ahıl şəxslər səyyar formada da Sosial Xidmətlər Agentliyinin xidmətlərindən yararlanır. Agentlik tərəfindən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara evdə (səyyar) sosial xidmət göstərilir. 

Evdə sosial xidməti həmin xidmətin xarakterindən asılı olaraq sosial işçi və ya sosial xidmətçi təmin edir.

Hazırda Sosial Xidmətlər Agentliyinin 740 sosial xidmətçisi tərəfindən 4195 nəfər ahıl şəxsə səyyar sosial xidmət göstərilir.

Agentlikdən bildirildi ki, müraciətlər əsasında ahıllar nəzarətə götürülür. 

Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq filialları, yaxud DOST mərkəzlərinə daxil olan müraciətlər əsasında tənha ahıl şəxslər evdə sosial-məişət xidməti ilə təmin olunurlar.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top