Azərbaycanda ÜDM ötən illə müqayisədə necə faiz artıb? - Nazirdən AÇIQLAMA + FOTO

İQTİSADİYYAT 31.05.2022 1424

“Azərbaycan iqtisadiyyatında pandemiyadan sonra qeydə alınan sürətli bərpa prosesinin davamı olaraq bu ilin yanvar-aprel aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2% artaraq 39 milyard 554,8 milyon manat, qeyri neft-qaz sektoru üzrə isə 11,4% artaraq 19 milyard 469,1 milyon manat olub”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında paylaşım edib.

“2021-ci ilin ilk dörd ayı ərzində ÜDM əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 0,2% az idi. Qeyri neft-qaz sektoru üzrə ÜDM isə ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-aprel aylarına nisbətən cəmi 4,1% artmışdı”, - deyə nazir qeyd edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top