“Fənərbaxça” yeni baş məşqçisi ilə münasibətlərini rəsmiləşdirdi

GÜNDƏM 29.05.2022 1219

“Fənərbaxça” portuqaliyalı baş məşqçi Xorxe Jesusla 3 illik müqavilə imzalayıb. Jesus və komandasının 7,5 milyon avro qazanacağı açıqlanıb. Müqaviləyə nailiyyətlərə görə bonuslar da daxildir.

Qeyd edək ki, 24 iyul 1954-cü ildə Portuqaliyada anadan olan Xorxe Fernando Pinheyro Jesus peşəkar futbolçu karyerasına 1973-cü ildə başlayıb. O, “Sportinq” “Benfika” və “Belenenseş” kimi komandalarda çıxış edib.

1989-cu ildə “Amora” klubunda məşqçilik karyerasına başlayan Jesus “Braqa”, “Vitoria Gimaraynş”, “Sportinq”, “Benfika” və “Flamenqo” kimi komandaları çalışdırıb.

Mütəxəssis 6 dəfə Portuqaliya Liqa Kuboku, 2 dəfə Portuqaliya Superkuboku, eləcə də Libertadores Kuboku, Braziliya Superkuboku, Braziliya Kuboku, Sudamerikana və Səudiyyə Ərəbistanı Superkubokunu qazanıb.

Mənbə: “Haber Global”

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top