Bayden Cənubi Koreyanın indiki və keçmiş prezidentlərinin adlarını qarışdırıb - VİDEO

DÜNYA 21.05.2022 966

ABŞ prezidenti Co Bayden Cənubi Koreyaya səfəri zamanı ölkənin hazırkı lideri Yun Sok Yol və keçmiş dövlət başçısı Mun Çje İnin adlarını qarışdırıb.

“Hamınıza çox sağ olun, Prezident Mun… Yun, gördüyünüz hər bir işə görə təşəkkür edirəm”, – deyə ABŞ prezidenti “Samsung”un mikrosxem istehsalı zavodunu ziyarət etdiyi zaman Yun Sok Yol ilə görüşündə deyib.

Cənubi Koreya lideri Yun Sok Yol mart seçkilərində bu vəzifəyə seçilib və mayın 10-da andiçmə mərasimi keçirilib.

Cənubi Koreyadan sonra Amerika prezidentinin Yaponiyaya getməsi nəzərdə tutulur. Onun Asiyaya səfəri zamanı Ukraynaya təxminən 40 milyard dollar məbləğində əlavə yardımın ayrılmasına dair qanun layihəsini imzalayacağı gözlənilir.

Mənbə: Gazeta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top