BDU-nun tələbələrini maşın vurdu

HADİSƏ 19.05.2022 1242

Bakının Nərimanov rayonunda yol qəzası zamanı üç nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində baş verib.

2001-ci il təvəllüdlü Mehdizadə Orxan İlqar oğlu, 2003-cü il təvəllüdlü Müzəffərov Vaqif Səfdər oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Rufan Zaur oğlu yolu keçərkən onları taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi “Toyota” markalı avtomobil vurub. Ağır xəsarət alan yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan hər üç şəxs Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top