Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

DÜNYA 25.04.2024 3389
Ağ Ev Rusiyanın BMT Təhlükəsizlik Şurasının kosmosda nüvə silahının yayılmaması ilə bağlı qətnaməsinə veto qoymasını şərh edib.

"Saat24.az"  xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın yaydığı bəyanatda deyilir.

Sallivan xatırladıb ki, təklif olunan qətnamə bütün üzv dövlətləri xüsusi olaraq kosmos orbitinə buraxılmaq üçün nəzərdə tutulmuş nüvə silahlarını inkişaf etdirməməyə çağıracaq.

"İştirakçı dövlət tərəfindən orbitə nüvə silahının buraxılması təkcə Kosmos Müqaviləsini pozmayacaq, həm də bütün peyklərin dünyadakı icmalara təmin etdiyi həyati vacib rabitə, elmi, meteoroloji, kənd təsərrüfatı, kommersiya və milli təhlükəsizlik xidmətlərini təhlükə altına salacaq", - bəyanatda deyilir.

Sallivan xatırladıb ki, ABŞ-da Rusiyanın nüvə silahı daşıya bilən peyk hazırladığına dair məlumat var.

"Biz prezident Putinin açıq şəkildə dediyini eşitdik ki, Rusiya kosmosda nüvə silahı yerləşdirmək niyyətində deyil. Bu, belə olmasaydı, Rusiya bu qətnaməyə veto qoymazdı”.

Xatırladaq ki, Rusiya kosmosda silahların, o cümlədən nüvə silahlarının yayılmasına qarşı BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə veto qoyub.

Yada salaq ki, ABŞ özəl olaraq Rusiyaya çoxlu sayda peyki sıradan çıxara biləcək yeni nüvə silahlarının kosmosda yerləşdirilməsi ilə bağlı xəbərdarlıq edib.

Rəsmi olaraq ABŞ Konqresi və Avropadakı müttəfiqlərini Rusiyanın nüvə imkanları ilə bağlı beynəlxalq təhlükə yarada biləcək yeni kəşfiyyat məlumatları barədə məlumatlandırıb. Daha sonra mənbələr xəbərdarlığın Rusiyanın kosmosda və peyklərdəki imkanlarına aid olduğunu bildirdilər.
XƏBƏR LENTİ
17.06.2024 2874

DİGƏR XƏBƏRLƏR

Loading
Top