Meksikada balina qayığa çırpıldı: İki yaralı var - FOTO/VİDEO

HADİSƏ 17.05.2022 1511

Meksikada balinanın sudan tullanaraq turist gəmisinə çırpılması nəticəsində iki nəfər xəsarət alıb.

Meksikanın Sinaloa əyalətində yerləşən Topolobampo körfəzində balina turist qayıqlarının yanına sıçrayaraq onlardan birinə çırpılıb. Nəticədə qayığa ziyan dəyib və içərisində olan iki nəfər yaralanıb. Ətrafdakı qayıqlarda olan digər turistlər xəsarət alanların köməyinə gəliblər. Hadisə şahidləri qayıqda olan iki nəfərin yüngül xəsarət aldığını və həmçinin qayıqda qan izləri gördüklərini bildiriblər. Zədələnmiş qayıq digər turistlərin köməyilə yedəyə alınaraq limana aparılıb.

Hadisənin görüntüləri ətrafdakı insanlar tərəfindən anbaan lentə alınıb. Kadrlarda balina qayığa dəydiyi zaman qayığın, demək olar ki, tamamilə suya batıb-çıxdığı görünür.

Mənbə: trthaber.com

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top