Almaniya XİN: “İsveç və Finlandiya artıq faktiki olaraq NATO üzvüdür”

SİYASƏT 15.05.2022 1888

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, İsveç və Finlandiya Almaniyanın Avropa İttifaqındakı müttəfiqləri kimi, formal olaraq üzv olmasalar da, əslində NATO-nun bir hissəsidir.

O, qeyd edib ki, əgər bu ölkələr təşkilata üzvlük üçün müraciət edərsə, Almaniya müvafiq sənədləri dərhal ratifikasiya edəcək.

“Onların qoşulması bizim ittifaqımızı gücləndirəcək. Onlar formal üzvlük olmadan belə artıq faktiki olaraq NATO üzvüdürlər. Bu, İsveç və Finlandiya üçün çox emosional bir məqamdır. İlk dəfə bütün Skandinaviya ölkələri bir təhlükəsizlik çətiri altındadır”, - deyə Berbok NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında bəyan edib.

Mənbə: “RİA Novosti”

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top