İlham Əliyev sərhəd mühafizəsi ilə bağlı qanunda dəyişiklik etdi

SİYASƏT 10.05.2022 1743

“Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edən sərhəd mühafizə orqanları sırasına xüsusi hava əməliyyatları qüvvələri də əlavə edilib. 

Qeyd edək ki, bu dəyişikliyə qədər Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edirdi.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top