Yevlaxlılar Ulu öndərin doğum gününü qeyd etdilər - Fotolar

CƏMİYYƏT 07.05.2022 1868

Yevlax şəhərinin mərkəzi meydanında xalqımızın ümumilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solistlərinin və tanınmış müğənnilərin iştirakı ilə təntənəli konsert keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərlərinin, idarə, təşkilat, elm və təhsil müəssisələrinin, aqrar sektorda çalışanların, gənclər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə konsert baş tutub.

Xalq artisti Samir Cəfərovun və digər incəsənət xadimlərinin iştirakı ilə 2 saata yaxın davam edən klassik konsert proqramında mahnılar ifa edilib.

 




XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top