Böyük Britaniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

SİYASƏT 07.05.2022 1542

Böyük Britaniyanın Moskvadakı səfiri Debora Bronnert cümə günü Rusiya Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb və Londonun növbəti anti-Rusiya sanksiyaları paketini qəbul etməsi ilə bağlı ona kəskin etiraz bildirilib.

Rusiya XİN-nin yaydığı bəyanatda deyilir ki, bu cür destruktiv kursun davam etməsi qaçılmaz olaraq ikitərəfli münasibətlərin tamamilə məhvinə gətirib çıxaracaq.

Bəyanatda həmçinin bildirilib ki, Moskva Londonun başlatdığı bütün sanksiyalara sərt və qəti şəkildə cavab verəcək və əks tədbirləri görəcək.

“Böyük Britaniyanın Rusiya Federasiyasına qarşı növbəti sanksiya məhdudiyyətləri Londonun Moskva ilə açıq qarşıdurmanın lehinə son seçimi etdiyini göstərir” – deyə qeyd edilir.

Mənbə: TASS

XƏBƏR LENTİ
01.05.2024 1896

DİGƏR XƏBƏRLƏR

Loading
Top