Ancelina Coli ukraynalı uşağın hədiyyəsindən danışdı: “Raket parçası olduğunu bilməyib” - FOTO

DÜNYA 05.05.2022 1559

Bir neçə gün öncə Ukraynada olan Hollivud aktrisası və BMT-nin qaçqınlar üzrə xüsusi nümayəndəsi Ancelina Coli Rusiya raketinin fraqmentini nümayiş edib. Ulduzun sözlərinə görə, bu, balaca bir qızın hədiyyəsidir.

“Bir neçə gün əvvəl Lvovda olarkən mənə balaca bir qızın tapdığı “xüsusi daş”ı göstərdilər. Onu tapan uşaq oynadığı daşın əslində raket parçası olduğunu başa düşməyib”, - deyə aktrisa yazıb.

Xatırladaq ki, ulduz Lvovda səfərdə olub. O, Rusiyanın təcavüzü nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan məcburi köçkünlərlə söhbət edib.

 













XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top