Özünü binadan ataraq kişinin başına düşən qızla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + ANBAAN VİDEO

HADİSƏ 04.05.2022 1436

Bakıda məktəbli qızın intiharı ilə bağlı araşdırmalara başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Xətai rayonu, Qədir Məmmədov küçəsində 2005-ci il təvəllüdlü Xumar Babayevanın binadan ataraq intihar etməsi faktı ilə bağlı Xətai rayon Prokurorluğunda araşdırmalar başlayıb.

Qeyd edək ki, hadisə zamanı qız özünü binadan atan zaman aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üzərinə düşüb.

Nəticədə Z. Niyazov ağır xəsarətlər alıb.

18:14

Bu gün Bakıda məktəbli qız yaşadığı mənzilin balkonundan özünü ataraq intihar edib. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, gənc qız 245 saylı məktəbdə təhsil alırmış. Onun universitetə hazırlaşdığı deyilir. 

Qızın valideynləri ilə problemləri olub. 

15:13

Bakıda məktəbli qızın intihar etməsinin görüntüləri yayılıb. 

Oxu.Az xəbər verir ki, hadisə yaxınlıqdakı obyektin təhlükəsizlik kamerasına əks olunub. 

Videoda 2005-ci il təvəllüdlü Xumar Babayevanın binadan özünü atması və aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üzərinə düşməsi görünür.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, binanın qarşısında dayanan Z.Niyazov qızın intihar etdiyini görüb, onu tutmağa çalışıb, ancaq buna nail ola bilməyib və özü də hadisə zamanı ağır xəsarət alıb.

14:32

Bakının Xətai rayonunda məktəbli qız intiharı ilə bağlı yeni məlumatlar üzə çıxıb. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, binadan özünü atan 2005-ci il təvəllüdlü Xumar Babayevadır.

O, özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atan zaman aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb. 

Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.

13:16

Bakıda məktəbli intihar edib. 

Lent.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb. 

İlkin məlumata görə, 11-ci sinifdə oxuyan qız özünü binadan atıb. Nəticədə o yol keçən kişinin üstünə düşüb. Qızın öldüyü, kişinin isə vəziyyətinin ağır olduğu bildirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top