Avstriya kansleri Rusiya qazı ilə bağlı iddiaları təkzib etdi

İQTİSADİYYAT 28.04.2022 1984

Avstriya Kansleri Karl Nehammer ölkənin Rusiya qazına görə rublla ödəniş etmək şərtlərini qəbul etmək niyyətində olması ilə bağlı xəbərləri təkzib edib.

Bu barədə o, “Twitter”də açıqlama verib.

“Əlbəttə, OMV (Avstriya Neft Şirkəti - red.) Rusiyadan qaz tədarükünü avro ilə ödəməyə davam edəcək. Avstriya Aİ ilə razılaşdırılmış sanksiyalara ciddi şəkildə əməl edir”, - deyə o qeyd edib.

Avstriyanın rublla hesablaşma şərtlərini qəbul etdiyi barədə məlumatı daha əvvəl, aprelin 11-də “RİA Novosti” Nehammerə istinadla vermişdi.

Agentliyin yazdığına görə, Kansler qazın rublla ödənilməsi şərtlərinin Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara zidd olmadığını bildirmişdi.

Bir sıra ölkələr, eyni zamanda Polşa və Bolqarıstan artıq rublla ödənişlərdən imtina ediblər. “Qazprom” hər iki dövlətə tədarükləri dayandırıb

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top