Polşa Rusiya enerji resurslarına 35 faiz rüsumun tətbiqini tələb edəcək

SİYASƏT 28.04.2022 1675

Polşa Avropa Komissiyasından Rusiyadan qaz, neft və kömür idxalına rüsum tətbiq etməyi xahiş etmək niyyətindədir.

Bunu “Bild” qəzetinə müsahibəsində respublikanın Baş naziri Mateuş Moravetski deyib.

 

Polşa hakimiyyətinin fikrincə, Rusiyanın enerji resurslarına rüsum 25-35 faiz olmalıdır.

“Polşa Avropa Komissiyasına Rusiya nefti, qazı və kömürünün tədarükünə 25-35 faiz həcmində Aİ rüsumlarının tətbiqi ilə bağlı sorğu göndərəcək”, - deyə baş nazir bildirib.

Eyni zamanda o vurğulayıb ki, embarqoya əməl edən ölkələr daha bahalı maye qaz və ya digər mənbələrdən alınan neft üçün pul ödəməli olacaqlar.

Bundan əvvəl Polşa hakimiyyəti Rusiyadan qaz almayacaqları ilə bağlı açıqlama vermişdi. Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə nümayəndəsi Piotr Naimskinin sözlərinə görə, ölkə altı ildir ki, Rusiya qazından imtina etməyə hazırlaşır. Eyni zamanda o, polşalı istehlakçıların qazla təmin olunmasında heç bir çətinlik olmayacağını vurğulayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top