Hindistanda dini mərasim böyük faciə ilə bitdi: 11 nəfər həyatını itirib

DÜNYA 28.04.2022 1261

Hindistanda dini yürüş zamanı elektrik cərəyanının vurması nəticəsində üçü uşaq olmaqla 11 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.

Hadisə Hindistanın cənubunda yerləşən Tamilnad ştatında baş verib.

Faciə dini mərasimin keçirildiyi məbəd yaxınlığında baş verib.

Belə ki, yürüş zamanı doqquz metr hündürlüyündəki arabalardan biri yüksək gərginlikli kabelə ilişərək alovlanmağa başlayıb.

Ziyarətçilər isə arabanı söndürmək məqsədi ilə onun üzərinə su tökməyə başlayıblar. Nəticədə çoxlu sayda insan həyatını itirib və ağır xəsarət alıb.

Baş verənlərlə bağlı araşdırmalara başlanılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top