Polşa “Novatek” və “Qazprom”a qarşı sanksiyalar tətbiq edib

SİYASƏT 27.04.2022 1453

Polşa hakimiyyəti 50 rusiyalı və belaruslu fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Bu barədə daxili işlər naziri Mariuş Kaminski açıqlama verib.

Onun sözlərinə görə, siyahıya “Novatek”, “Qazprom” və “Akron” şirkətləri də daxil edilib.

Siyahı Avropa İttifaqının əvvəllər tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərə əlavə kimi xarakterizə oluna bilər və burada şirkətlərin nisbəti vətəndaşlardan çoxdur - 15-ə qarşı 35.

“Qazprom” Rusiya və Donbass kömürünün Polşaya tədarükü ilə bağlı bir çox Rusiya şirkəti kimi, “EuroPolGaz”ın fəaliyyəti çərçivəsində sanksiyalara məruz qalıb. Polşanın “Azoty” şirkətinin 20 faizinə sahib olan rusiyalı iş adamı Vyaçeslav Kantor da sanksiyalardan zərərçəkənlər sırasındadır.

Polşanın sanksiyalar siyahısına Belarus prezidenti Aleksandr Lukaşenko rejimi ilə əlaqəli oliqarxlar və “Beloli” brendi ilə xaricə benzin tədarük edən Belarus Neft Şirkəti də daxil edilib.

Kaminski qeyd edib ki, bu, Polşada biznesi və ya aktivlərə sahib olan şirkət və şəxslərə aid ilk sanksiya siyahısıdır. Onun genişləndirilməsinin nəzərdə tutulub-tutulmayacağı ilə bağlı isə nazir dəqiq məlumat verməyib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top