Britaniya kəşfiyyatı: Ukrayna ordusu Zaporojyenin müdafiəsi üçün xüsusi hazırlıq aparır

SİYASƏT 26.04.2022 854

Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun şərqdə möhkəmlənmiş mövqelərini mühasirəyə götürməyə çalışır.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında qeyd olunub.

Britaniya kəşfiyyatının məlumata əsasən, Rusiya ordusu şimaldan və şərqdən Slavyansk və Kramatorsk şəhərlərinə doğru irəliləməyə cəhd edir.

Eyni zamanda Kremennaya şəhərinin artıq işğal edildiyi və İzyum şəhərinin (Xarkov vilayəti) cənubunda şiddətli döyüşlərin getdiyi bildirilir.

Kəşfiyyat məlumatına əsasən, hazırda Ukrayna ordusu Zaporojye şəhərinin müdafiəsi üçün də xüsusi hazırlıq işləri aparır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top