Qalkin son müraciətinə görə cinayət məsuliyyətinə cəlb edilə bilər - VİDEO

GÜNDƏM 26.04.2022 1733

Yaxın vaxtlarda Maksim Qalkinə qarşı cinayət işi açıla bilər.

Bu barədə “PUL” “Telegram” kanalının mənbələri məlumat verib.

“Maksim Qalkinlə bağlı yaxın vaxtlarda “Rusiya Federasiyası Silahlı Qüvvələrinin fəaliyyəti ilə bağlı qəsdən yalan məlumatın yayılması” maddəsi ilə cinayət işi başlanacaq. Yəqin ki, səbəb Qalkinin Rusiyanın raketlərlə Ukraynada yaşayış binasını vurması və nəticədə mülki əhalinin, o cümlədən üç aylıq körpənin ölməsi ilə bağlı təzə açıqlamasıdır”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, məşhur komediya ustası Rusiya hökumətini və ordusunu Ukraynada yaşayış binalarını atəşə tutmaqda və dinc sakinləri öldürməkdə ittiham edib:

“Baş verən bu qədər dəhşətli hadisələrdə günahkar Rusiyadır. Amma buna baxmayaraq deyir ki,  günahkar deyil. Buçadakı vəhşiliklər - biz deyilik. Malayziya “Boeing”i - biz deyilik. Mariupol yerlə-yeksan edilib - biz deyilik. Odessaya raket uçur - bu bizik, amma tam da biz deyilik. Heç birini biz etməmişik. Bəs orada nə işimiz var?”

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top