Misir hotellərin “ulduz” sayını azaldır

DÜNYA 26.04.2022 785

Misirin Turizm Nazirliyi ölkədəki hotellərinin beynəlxalq təsnifləşdirilməsi prosedurunu başa çatdırır.

Bu barədə Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) saytında məlumat verilib.

Misir hotellərinin 70 faizdən çoxunu yenidən nəzərdən keçirib. Məlum olub ki, yoxlanılan obyektlərin yarısından çoxu elan edilmiş xidmət səviyyəsinə uyğun gəlmir - Qırmızı dənizdəki 97 oteldən, Hurqadada 47 və Şarm əl-Şeyxdə 50 oteldən “əlavə” “ulduzları” geri alınıb.

Bundan əlavə, mütəxəssislər turistlərin təhlükəsiz istirahətinin təminatı məqsədilə sanitar və digər tələblərə cavab vermədiyinə görə, hotel fəaliyyəti üçün lisenziyaları ləğv etməyə başlayıblar və nəticədə 15 hotel səyahətçiləri qəbul etmək hüququnu itirib.

Qeyd edilir ki, mehmanxana bazarının dövlət tənzimlənməsi ilə əlaqədar hotellərdə yerləşdirmənin qiyməti onların ulduz reytinqindən asılıdır. Belə ki, yenilənmiş “ulduz” reytinqi ilə Misirdəki hotellər 2022-ci il noyabrın 1-dən qüvvəyə minəcək olan minimum qiymətlərin yeni səviyyəsinə keçəcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top