Səhərlər üzdə yaranan şişlik nəyin əlamətidir?

GÜNDƏM 26.04.2022 1063

Səhər yuxudan oyanan zaman insan üzündə şişlik olduğunu fərqinə vara bilər ki, bu şişlik hətta duzlu yeməklərdən, spirtdən istifadə edilmədikdə və normadan çox maye qəbul edildikdə belə ortaya çıxa bilər.

Kardioloq Tamaz Qaqloşvilinin sözlərinə görə, bu əlamət bədəndə zülalın az olduğunun göstəricisi ola bilər.

Fakt budur ki, zülal qan dövranında onkotik təzyiq yaradaraq bədəndə mayeni saxlayır. Bədəndə zülal miqdarının azalması qanın maye hissəsinin toxumaya daxil olmasına və beləcə də şişliyin yaranmasına səbəb olur.

Zülal çatışmazlığının səbəbləri arasında isə pəhriz və ya aclıq, qaraciyər, böyrək, mədə-bağırsaq traktının xəstəlikləri və ya onkoloji xəstəlikləri sadalamaq olar. Belə ki, zülal göstəricilərini yoxlamaq üçün ümumi zülal və albumin təyininə görə qan analizi vermək, həmçinin sidiyin ümumi analizini aparmaq lazımdır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top