Litva NATO-nu dərhal Baltikyanı ölkələrin müdafiəsini gücləndirməyə çağırıb

SİYASƏT 23.04.2022 947

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis NATO-nu hərbi münaqişə ehtimalına qarşı Baltikyanı ölkələrin müdafiəsini gücləndirmək üçün dərhal praktiki hazırlıqlara başlamağa çağırıb.

“Biz dəfələrlə ərazimizin bir santimetrinin belə NATO-nun müdafiəsindən kənarda qalmayacağı ilə bağlı bəyanatlar eşitmişik. Lakin bu bəyanatlar real hazırlıqlarla təsdiqlənməlidir və bu hazırlıqlara indidən başlanılmalıdır”, – deyə Landsbergis almaniyalı həmkarı Annalena Berbok ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

O, Baltikyanı ölkələrdə NATO qoşunlarının və texnikasının sayını artırmağın vacibliyini vurğulayıb. “Biz yığma taborun əvəzinə əlavə zirehli texnika, hava hücumundan müdafiə, dənizdən müdafiə vasitələri olan briqadanın yerləşdirilməsi haqqında danışırıq”, – deyə Landsbergis əlavə edib.

Aprelin 21-də Latviya Seymi Rusiyanın 2022-ci il fevralın 24-də Ukrayna ərazisində başlatdığı müharibəni soyqırımı kimi tanıyıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top