Trabzonda azərbaycanlı kişi həyat yoldaşını qətlə yetirdi - ANBAAN VİDEO

HADİSƏ 22.04.2022 1451

Türkiyədə dörd ay əvvəl həbsxanadan çıxan azərbaycanlı kişi həyat yoldaşını odlu silahdan atəş açaraq qətlə yetirib.

Hadisə Trabzonun Ortahisar rayonunda baş verib.

34 yaşlı Elvin Umayev boşanmaq üzrə olduğu həyat yoldaşı 38 yaşlı Turanə Umayeva ilə parkda görüşüb. Aralarında yaranan mübahisə zamanı Elvin Umayev belindən çıxardığı tapança ilə qadının başına atəş açaraq qətlə yetirib. Sonra isə polisə təslim olub.

O, həyat yoldaşının uşaqları ona göstərmədiyini iddia edərək qətlin səbəbini əsaslandırmağa çalışıb.

Umayevin 10 il əvvəl həbs olunduğu və dörd ay əvvəl həbsdən çıxdığı da məlum olub.

Hadisə ilə bağlı araşdırmalar davam edir.  

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top