Qusman: “Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi hadisədir”

CƏMİYYƏT 21.04.2022 577

“Dünya Azərbaycanlılarının V Qurultayının işğaldan azad edilmiş Şuşada keçirilməsi böyük tarixi hadisədir. Biz uzun illərdir ki, bu hadisəni gözləyirdik və dua edirdik”.

Bu barədə “Report”un Rusiya bürosuna TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman bildirib.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Mixail Qusman və Azərbaycan icmasının tələbələri arasında hər kəsin sual verə bilmək imkanı olan “Open Talk” formatında görüş keçirilib.

Qusman Bakı ilə bağlı xatirələrindən danışıb: “Ömrümün yarısını Bakıda keçirmişəm. Bu şəhərlə bağlı ən gözəl xatirələrim var. Bu mehriban, tolerant, insanlara açıq Bakı şəhəri xatirələridir. Bakı - multikultural dəyəri və ənənələri ilə unikaldır”.

O, çıxışı zamanı Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə görüşü də xatırladıb, onun birlikdə işləməli olduğu ən yaddaqalan şəxs olduğunu qeyd edib.

Qeyd edək ki, Qurultay Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan diasporunun ilk böyük toplantısı olacaq. Qurultayın tarixi önəmindən biri də onun türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsidir. Tədbirdə 65 ölkədən 400-ə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top