“Henkel” Rusiyadakı fəaliyyətini dayandırır

SİYASƏT 20.04.2022 551

Almaniyanın məişət kimyası məhsulları şirkəti “Henkel” Rusiyada fəaliyyətini dayandırır.

Şirkət rəhbərliyi qərarı “Ukrayna müharibəsində yaşanan mövcud hadisələr”lə əsaslandırıb.

Həmçinin, “Henkel”in Rusiyadakı 2 500 əməkdaşının məvaciblərini ölkəni tərk etmə prosesi tamamlanana qədər ödəməyə davam edəcəyi bildirilib.

Qeyd edək ki, “Henkel” 30 ildən artıqdır ki, Rusiyada fəaliyyət göstərir. Şirkət “Persil”, “Pril”, “Fa”, “Schwarzkopf”, “Vernel” və “Perwoll” kimi tanınmış brendlərin istehsalçısıdır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top