Rusiya ordusu 1000-ə yaxın dinc sakinin sığındığı “Azovstal”a hücuma başlayıb - VİDEO

DÜNYA 19.04.2022 832

Rusiya ordusunun xüsusi qrupları Mariupoldakı “Azovstal” metallurgiya zavoduna hücuma başlayıb.

Bu barədə qondarma DXR-in nümayəndəsi Eduard Basurin xəbər verib.


“Azovstal” şəhərin mərkəzində yerləşən sənaye zonasıdır. Bildiyimə görə, xüsusi seçilmiş qrupların bir hissəsi artıq hücuma başlayıb”, - deyə Basurin bildirib.

Onun sözlərinə görə, Rusiya aviasiyası və artilleriyası hücumda kömək edir.

Qeyd edək ki, Mariupol polisinin məlumatına görə, “Azovstal” kombinatına qadınlar və uşaqlar da daxil olmaqla 1000-ə yaxın dinc sakin sığınıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top