Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailələri ilə görüşüb - FOTO

SİYASƏT 18.04.2022 1470

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Borsunlu kəndində şəhid Nəsibov Nicatın evində şəhid ailələri ilə görüşüb.

Saat24.Az xəbər verir ki, görüşdə rayon ağsaqqalları və ziyalıları, Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun baş axundu və şəhid ailələri iştirak edib.

Anar Məmmədov ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, ulu öndər Heydər Əliyev hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşmışdır. Ümummilli liderimizin bu siyasəti hazırda Prezidentimiz İlham Əliyev və birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu qəbildən olan insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. 

Həyatı və keçdikləri döyüş yolu hörmətlə xatırlanan şəhidlərin ailə üzvləri onlara göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.




XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top