
Uzun illərdən bəri - təqribən 40 ildən artıq bir müddətdir əvvəl tələbəsi, sonra aspirantı, sonra müəllimi, sonra dosenti və daha sonra professoru olduğum doğma Bakı Dövlət Universitetinin növbəti “Məzun günü”ndə iştirak etmək çox sevindirici və qürurverici idi.

BDU-nun rektoru, çox hörmətli Elçin Babayevə, bu qədim təhsil ocağının gündən-günə daha da inkişaf etməsi və dünyanın nüfuzlu universitetləri sırasına çıxması uğrunda həyata keçirtdiyi uğurlu fəaliyyət, bütün tələbələrə və müəllimlərə göstərdiyi doğma münasibət, ortaya çıxan hər bir amilə ədalət prizmasından yanaşaraq yaratdığı sağlam mühit üçün təşəkkür edir, daim yeni nailiyyətlər diləyirəm.
Bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara gələcək həyat yollarında və təhsillərində zirvələrə çatmağı arzulayıram.
Hər birinizin yolu açıq olsun!
Jalə Əliyeva
Bakı Dövlət Universitetinin professoru
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr meavini

