“Bir Müəllimin Manifesti” təhsil proqramında iştirak edən təhsil işçiləri ilə görüş-Foto

Manşet
CƏMİYYƏT 07.04.2025 3745
Saat24.Az xəbər verir ki,Aprelin 7-də Mərkəzi Aran Regional Təhsil İdarəsində ADA Universitetinin təşkilatçılığı ilə ABŞ-ın Vaşinqton ştatında həyata keçirilən “Bir Müəllimin Manifesti” təhsil proqramı çərçivəsində təlimlərdə uğurla iştirak etmiş təhsil işçiləri ilə görüş keçirilib.
 
Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Cavad Cavadov, İdarənin struktur bölmələrinin əməkdaşları və sözügedən proqramda iştirak edən təhsil işçiləri iştirak ediblər.
 
Təhsil İdarəsinin rəhbəri təhsil proqramında nəzərdə tutulmuş təlimləri uğurla başa vuran müəllimləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Cavad Cavadov sözügedən təhsil proqramının ingilis dili sahəsi üzrə müəllimlərin bilik və bacarıqlarının formalaşmasında, innovativ müəllimlərin aşkara çıxarılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
 
Proqramda uğur qazanmış müəllimlər isə onların inkişaflarına dəstək olduqları, həmçinin ingilis dil səviyyəsinin təkmiləşdirilməsində və beynəlxalq tədqiqatların, yeniliklərin öyrənilməsində onlara yaradılan şəraitlə bağlı öz minnətdarlıqlarını bildiriblər.
 
“Bir Müəllimin Manifesti” təhsil proqramı artıq 4 ildir ki, ADA Universiteti tərəfindən həyata keçirilir. Proqram əyani və onlayn formatda aparılmaqla ADA Qazax Mərkəzində, ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində təşkil olunur.
 
Qeyd edək ki, “Bir Müəllimin Manifesti” təhsil proqramında Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən Mingəçevir şəhəri üzrə 5, Yevlax rayonu üzrə 3 və Ağdaş rayonu üzrə isə 1 müəllim təlim proqramını uğurla başa vurub.

Coşqun Abdullayev 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top