Premyer Liqa: "Sabah" "Turan Tovuz"u üstələdi

Sadə xəbər
idman 09.02.2025 3146

Misli Premyer Liqasının XXII turunda "Turan Tovuz" səfərdə "Sabah"a məğlub olub.

Oxu.Az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə bitib.

Meydan sahiblərindən Pavol Safranko (50-p.) və Cesse Sekidika (59) fərqlənib. "Turan Tovuz"un yeganə qolunu isə Aleks Souza (15) rəqib qapısından keçirib.

Hazırda turnir cədvəlində beşinci pillədə yer alan "Sabah" bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldib. 36 xala malik "Turan Tovuz" isə dördüncüdür.

Qeyd edək ki, XXII turun bu gün keçirilən "Şamaxı" - "Sumqayıt" matçında meydan sahibləri qələbə qazanıb - 1:0.

Azərbaycan Premyer Liqasının XXII turunda "Şamaxı" evdə "Sumqayıt"ı məğlub edib.

Oxu.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 60-cı dəqiqədə Brahim Konate vurub.

Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran bölgə təmsilçisi turnir cədvəlində 8-ci pilləyə yüksəlib. "Sumqayıt" isə 22 xalla altıncıdır.

Qeyd edək ki, günün son matçı "Bank Respublika Arena"da "Sabah"la "Turan Tovuz" arasında baş tutacaq. Turun digər görüşləri fevralın 10-da və 11-də keçiriləcək.

Azərbaycan Premyer Liqasının XXII turuna bu gün iki oyunla start veriləcək.

Oxu.Az xəbər verir ki, əvvəlcə "Şamaxı" evdə "Sumqayıt"ı qəbul edəcək.

Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq. "Sumqayıt" hazırda turnir cədvəlində 22 xalla 6-cı pillədədir. 17 xala malik "Şamaxı" isə doqquzuncudur.

Günün son matçı "Bank Respublika Arena"da "Sabah"la "Turan Tovuz" arasında baş tutacaq. İnqilab Məmmədovun idarəçilik edəcəyi görüşün start fiti saat 17:00-da səsləndiriləcək. 36 xala malik "Turan Tovuz" hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Sabah" isə 28 xalla altıncıdır.

Premyer Liqa

III dövrə, XXII tur

9 fevral

14:30. "Şamaxı" - "Sumqayıt"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.

VAR: Tural Qurbanov.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Şamaxı şəhər stadionu.

17:00. "Sabah" - "Turan Tovuz"

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.

VAR: Cavid Cəlilov.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Azər Əsgərov.

"Bank Respublika Arena".

Qeyd edək ki, turun digər görüşləri fevralın 10-da və 11-də keçiriləcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top