"Qalatasaray"ın oyunu yarımçıq qaldı - Rəqib komanda meydançanı tərk etdi

Sadə xəbər
idman 09.02.2025 3013

Superliqanın 23-cü turunda keçirilən "Qalatasaray" - "Adana Dəmirspor" matçı yarımçıq qalıb.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, matçın 33-cü dəqiqəsində adanalılar meydanı tərk etmək qərarına gəlib.

"Adana Demirspor"un baş məşqçisi Mustafa Alper Avcı futbolçuların matça davam etməsini istəməyib və soyunub-geyinmə otağına yollanıb. Bundan sonra matçın hakimləri oyun meydanını tərk ediblər.

Matç yarımçıq dayandırılıb. Qarşılaşma ilə bağlı qərarı Türkiyə Futbol Federasiyası verəcək.

Oyun dayandırılarkən "Qalatasaray" 1:0 öndə idi. Yeganə 12-ci dəqiqədə penalti zərbəsi ilə Alvaro Morata vurub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top