Sadə xəbər
Serbiyalı tennisçi Novak Cokoviç tarixi rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, o, "Böyük Dəbilqə" turnirlərində ən çox oyun keçirən raketka ustası olub.
Dünyanın 7 nömrəsi Avstraliya Açıq Çempionatının 2-ci turunda portuqaliyalı Xayme Fariyaya (6:1, 6:7 (4:7), 6:3, 6:2) qalib gəlib. Bu onun belə turnirlərdə 430-cu matçı olub. Cokoviç bu göstəricidə Rocer Federeri (429) üstələyib.
O, cinsindən asılı olmayaraq, "Böyük Dəbilqə" yarışlarında ən çox çıxış edən tennisçidir. İlk 5-likdə Serena Uillyams (423), Rafael Nadal (358) və Venus Uillyams (356) da yer alıblar.