Sumqayıt şəhərində qətlə yetirilən 17 yaşlı gənc ilə bağlı redaksiyamıza təfərrüat daxil olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ç.Q. və 2010-cu il təvəllüdlü Ö.Q. qardaşları saxlanılaraq istintaqa təhvil veriliblər.
Məlumata görə, Emil Qələndərov söyüşə görə iki qardaş tərəfindən qətlə yetirilib.
E.Qələndərov evin tək övladı olub, ata-anası yoxdur, Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbin şagirdi idi.
Məhərrəm Əliyev
Sumqayıt şəhərində gənc oğlan qətlə yetirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.
2008-ci il təvəllüdlü Emil Qələndərov öldürülüb.
Faktla bağlı araşdırma aparılır.