"Dünyada problemi zənginlər yaradır, yoxsul ölkələr isə..."

Sadə xəbər
DÜNYA 12.11.2024 3311

“Dünyada problemi zənginlər yaradır, yoxsul ölkələr isə bu kimi problemlərin nəticələrini ağır şəkildə ödəyir”.

"Saat24.az" xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.

O, həmçinin Bakıdakı bu mötəbər konfransda iştirak edən ölkələrin iqlim dəyişikliyinin qarşısının alınması üçün son dərəcə az zamanının qaldığına diqqət çəkib: "2024-cü ildə qeydə alınan ilin ən isti günü havanın hərarəti rekord həddə çatmışdı. Sonra isə ilin ən isti ayı başladı və nəticədə biz iqlim sisteminin məhvinin ən bariz nümunəsini gördük. Dünyada baş verən qasırğa və fırtınalar nəticəsində ailələr məhv oldu, dənizlərdə suyu səviyyəsi yüksəldi. Fırtınalar icmaları və infrastrukturu məhv etdi. Bütün bu təbii fəlakətlər və dünyada baş verən digər hadisələrin fəsadları antropogen təsirlərlə daha da dərinləşdirir".

Quterreş bəyan edib ki, qlobal istiləşmənin yaratdığı fəsadlar dünya iqtisadiyyatında çalxalanmaya, eləcə də təchizat zəncirində itkilərə gətirib çıxarır: "Müxtəlif təbii fəlakətlərin təsirindən məhsuldarlığın sıradan çıxması, ərzaq və qida məhsullarının qiymətlərində ciddi artımlara səbəb olur. Mənim sizə bəhs etdiyim ədalətsizliyi özündə ehtiva edir. Təbii fəlakətlərin təsirindən dağılan yaşayış evləri isə sığorta xərclərinin artmasına səbəb olur. Beləliklə, dünyada zənginlər problemi yaradır, yoxsul ölkələr isə bu kimi problemlərin nəticələrini ağır şəkildə ödəyir".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top