Manşet
Ermənistan Respublikası Azərbaycanla Konstitusiyaya dəyişikliklə bağlı müzakirə aparmır.
"Saat24.az" xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan ostanyan bildirib.
O, davam edən sülh müqaviləsi danışıqlarına istinadən qeyd edib ki, hələ də həllini tapmayan məsələlər var: "Konstitusiya məsələsi sülh sazişinin tərkib hissəsi deyil. Demilitarizasiya ilə bağlı da heç bir müzakirə aparılmır. Ermənistan etimadın gücləndirilməsi mexanizmləri, o cümlədən əks nəzarətlə bağlı bir sıra təkliflər irəli sürüb. Hazırda danışıqlar düz gedir, lakin Cənubi Qafqazda həqiqətən sülh və sabitlikdə maraqlı olan və müsbət cavab verməyə çalışan tərəfdaşlar var".