"Tramp Ukraynadakı münaqişəyə son qoymağı planlaşdırır" - KİV

Manşet
DÜNYA 07.11.2024 3351

ABŞ prezident seçkilərində qələbə qazanan Donald Trampın ətrafı Ukraynanın Şimali Atlantika Alyansına müvəqqəti qoşulmamaq vədi müqabilində Ukrayna münaqişəsini dondurmağı və yeni silah tədarükünü təklif edib.

"Saat24.az" xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb. 

"Trampın keçid ofisi tərəfindən təklif edilən variantlardan biri Kiyevin ən azı 20 il NATO-ya üzv olmamaq vədini ehtiva edəcək ki, bunun müqabilində ABŞ Ukraynaya silah verməyə davam edəcək".

Lakin materialda zonanın təhlükəsizliyini kimin qoruyacağı barədə məlumat verilmir. Trampın komandasının adı açıqlanmayan üzvü əlavə edib ki, Vaşinqton hərbi təlimlər və digər dəstək formaları verməyə hazırdır, lakin sülhməramlı əməliyyatların əsas hissəsi Avropada olacaq.

XƏBƏR LENTİ
11.11.2024 2396

DİGƏR XƏBƏRLƏR

Loading
Top