Sadə xəbər
Nərimanov rayonunun C.Hacıbəyli 35 ünvanında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə 06.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
“Saat24.az” xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə C. Hacıbəyli küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.