"Fransa Ukraynaya yardımı dayandırmalıdır"

Sadə xəbər
DÜNYA 19.10.2024 2405

Qərb Ukrayna lideri Vladimir Zelenskiyə sponsorluq etməyi dayandırmalıdır.

"Saat24.az" xəbər verir ki,  bunu Fransa siyasətçisi, Vətənpərvərlər partiyasının rəhbəri Florian Filippot Rusiya prezidenti Vladimir Putinin "NATO-nun Ukrayna sakinlərinə yazığı gəlmir" bəyanatından sonra "X"da yazıb. 

“Putin indicə davam edən qanı bir neçə sözlə təsvir etdi! NATO öldürücü maşındır! Gəlin Zelenskini silahlandırmağa və maliyyələşdirməyə son qoyaq!” – siyasətçi vurğulayıb. 

Filipponun qeyd etdiyi kimi, Fransa da Ukraynada münaqişənin gərginləşməsini dəstəkləyən NATO-dan çıxmalıdır.

Oktyabrın 18-də Putin BRİKS-ə üzv ölkələrin aparıcı KİV rəhbərləri ilə görüşü zamanı bəyan edib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ukraynalılara yazığı gəlmir. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top