Dünyada yoxsul insanların sayı AÇIQLANDI

Manşet
DÜNYA 19.10.2024 2389

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Britaniyanın Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsünün (OPHI) ekspertləri dünya üzrə yoxsul insanların sayını hesablayıblar.

"Saat24.az" xəbər verir ki, tədqiqat OPHI-nin rəsmi saytında dərc edilib. 

Hesabata görə, dünya əhalisinin 1,1 milyardı yoxsulluq içində yaşayır. Üstəlik, onların 40%-i (455 milyon nəfər) müharibələr, qeyri-sabitlik və yaxud sülhün aşağı səviyyədə olduğu ölkələrdə yaşayır.

Alimlər əlavə edib ki, 1,1 milyard yoxsul əhalinin yarısından çoxu 18 yaşa qədər uşaqlardır (584 milyon). Qlobal miqyasda, demək olar ki, üçdə biri (27,9%), böyüklərin 13,5%-i ilə müqayisədə yoxsulluq içində yaşayır. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top