Şirvan sakininin 40 min manatını aldadaraq alan şəxs saxlanıldı

Sadə xəbər
Kriminal 19.10.2024 2376

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etdiyinə görə axtarışda olan əvvəllər məhkum olunmuş Rövşən Qasımov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Saat24.az"a verilən məlumata görə, R.Qasımov bir nəfər Şirvan sakininə özünə məxsus evi satacağı, eləcə də ipoteka krediti götürməyə köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənin 40 000 manatını ələ keçirib.

R.Qasımov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top