Manşet
2020-ci il müharibəsindən sonra Azərbaycanın Nikol Paşinyandan bir neçə tələbi olub.
"Saat24.az" xəbər verir ki, bu barədə “Aprelu Yerkir” partiyasının təsisçisi Mesrop Arakelyan deyib.
Onun sözlərinə görə, həmin tələblər bunlardır: Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması, Qarabağın tamamilə boşaldılması, Sünikdən keçən yolun təmin edilməsi, 4 kəndin qayıdışı, anklavların qayıdışı, azərbaycanlıların Ermənistana qayıtması və Konstitusiyaya dəyişiklik.
"Nəticə etibarı ilə Ermənistan Azərbaycanın tələblərini bir-bir yerinə yetirir, qalanını həmin anda etmir, faktiki olaraq onların yerinə yetirilməsini gecikdirir", - o bildirib.