İran hələ də Zəngəzur dəhlizi ilə bağlı sərt bəyanatlar verir

Manşet
SİYASƏT 16.09.2024 4628

İslam Respublikasının Xarici İşlər Nazirliyi Zəngəzur dəhlizi ilə bağlı Rusiya tərəfinə ciddi xəbərdarlıq etməlidir. 

"Saat24.az" xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda Hüseyn Mələki açıqlayıb. 

O, Zəngəzur dəhlizi ilə bağlı Rusiya tərəfinin iddialarını İran xalqı və parlamenti üçün qəbuledilməz olduğunu bildirib: "Ölkənin diplomatik sistemi ruslara ciddi xəbərdarlıq etməlidir. Bir tərəfdən bizi Ukrayna müharibəsində ruslara dəstək verməkdə ittiham edirlər, digər tərəfdən ruslar üç ada (Böyük və Kiçik Türbə, Əbu Musa) haqqında şərhlər verir və nədənsə İran adalarını Birləşmiş Adalar hesab edirlər. Ərəb Əmirliyi, digər tərəfdən isə Azərbaycana və Ermənistana müdaxilə edirlər ki, bu, heç bir şəkildə qəbuledilməzdir". 

XƏBƏR LENTİ
10.10.2024 2055

DİGƏR XƏBƏRLƏR

Loading
Top