Erməni müxalifət lideri Donbassa getdi

Sadə xəbər
DÜNYA 16.09.2024 2084

Ermənistanın “Ana Ermənistan” müxalifət blokunun lideri Andranik Tevanyan nümayəndə heyəti ilə birlikdə ilk dəfə olaraq Donetskə səfər edib.

"Saat24.az" xəbər verir ki, bu barədə Tevanyan mətbuata açıqlama verib. 

"Görünməmiş səfər, çünki bundan əvvəl  Ermənistandan heç bir siyasi nümayəndə heyəti Donetsk Xalq Respublikasına (DXR. - red.)gəlməmişdi", - o, vurğulayıb.

Tevanyanın sözlərinə görə, erməni müxalifətinin Donbassa gəlişi Ermənistanda İrəvanla Moskva arasında münasibətlərin inkişafı və möhkəmlənməsinə tərəfdar olan qüvvələrin olduğunu göstərir.

Erməni müxalifətçinin qeyd etdiyi kimi, DXR-ə səfər Donbassdakı yerli erməni icmasının təşəbbüsü ilə təşkil olunub.

Qeyd edək ki,  Ukraynanın Donbass bölgəsinin bəzi əraziləri Rusiya Federasiyasının nəzarəti altındadır. 

XƏBƏR LENTİ
10.10.2024 2055

DİGƏR XƏBƏRLƏR

Loading
Top