Türkiyəli mütəxəssislər AZAL-ın qəzaya uğrayan təyyarəsinin araşdırılmasında iştirak edəcəklər

Sadə xəbər
DÜNYA 27.12.2024 2883

AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertləri də cəlb olunublar.

Oxu.Az bu barədə Türkiyənin "Sabah" nəşrinə istinadən məlumat verir.

Məlumata görə, türkiyəli mütəxəssislər araşdırmalarının nəticəsini Azərbaycan rəsmiləri ilə bölüşəcəklər.

Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top