Oğru girdiyi evdə yemək bişirib, qabları yudu

Sadə xəbər
DÜNYA 30.08.2024 2171

ABŞ-də evə girən oğru təəccübə səbəb olub.

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqtonda evə girən oğru yemək bişirib, qab-qacaq yuyub və heç nə oğurlamadan gedib.

Polislər evə girən şəxsin evdən çıxmazdan əvvəl qoyduğu məktubda "Çox ac idim. Evinizə girdim. Xahiş edirəm, məni bağışlayın. Yeməyinizi yedim, qabları və paltarlarımı yudum, duş aldım",- yazdığını bildirib.

Ev sahibi, içəri girən şəxsin həmçinin, spagetti bişirdiyini, daha sonra qabları yuduğunu bildirib."Deyəsən, o, nəzakətli oğru idi, bilmirəm. İstifadə etdiyi yorğanı da qatlayıb" , - deyə o, əlavə edib.

Evə girən oğru ev sahibini xəbərdar etməyi də unutmayıb. O, popkorn maşınının “düzgün işləmədiyi” barədə xəbərdarlıq edən bir qeyd də qoyaraq evi tərk edib.

XƏBƏR LENTİ
10.10.2024 2055

DİGƏR XƏBƏRLƏR

Loading
Top