Sadə xəbər
Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərin təbliğat – təşviqat kampaniyası çərçivəsində, 95 saylı Zərdab -Kürdəmir-Ucar seçki dairəsindən namizəd Jalə Əliyeva Zərdab rayonunun Gödəkqobu kəndində Gödəkqobu,Məmmədqasımlı, Lələağacı və Yarməmmədbağı kənd seçiciləri ilə görüşlər keçirmişdir.
Jalə Əliyeva Gödəkqobu kəndində şəhid Taleh Saleh oğlu Əliyevin xatirəsinə ucaldılmış bulağının önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib.
Daha sonra şəhidin ailəsinə baş çəkib.Şəhidin ailəsi Jalə xanıma onlara göstərdiyi diqqətə görə təşəkkür ediblər.
Saat24.Az xəbər verir ki, görüşlər zamanı namizədin vəkilləri Gülağa İsgəndərov, Zemfira Eyvazova, Könül Rəhimova və Təhminə Səfərəliyeva Jalə Əliyevanın platforması haqqında seçicilərlə ətraflı məlumat verilmiş, həmçinin namizədin görəcəyi işlər və tədbirlər planları haqqında geniş məlumat verilmişlər.Seçicilərlə görüş zamanı,seçicilərin problemləri və təklifləri dinlənilmiş, məsələlərin həlli istiqamətində müvafiq qeydlər aparılmışdır.
Deputatlığa namizəd Jalə Əliyeva çıxış edərək bildirdi ki, mümkünsüzü mümkün edən 44 günlük müharibə bir daha bütün dünyaya göstərdi və sübut etdi ki, o özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Möhtərəm Prezident İlham Əliyev Qarabağ torpaqlarına hər səfəri ilə tarix yazır. Bu səfərlərin hər biri Qarabağa bütövlük, yenilik və inkişaf gətirir, xalqımıza tarixi anlar yaşadır, insanlarda xoş təəssürat yaradır.Əziz seçicilərim inanıram ki, 1 sentyabrda seçki məntəqələrinə gedərək mənə öz səsinizi verəcəksiniz və Sizin mənə göstərdiyiniz etimadı ləyaqətlə doğruldacam deyə Jalə Əliyeva bildirib.
Seçicilər öz növbəsində seçkilərdə iştirak edəcəklərini və öz real namizəd Jalə Əliyevaya səs verəcəklərini bildiriblər.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin