Deputatlığa namizəd Jalə Əliyeva keçirdiyi görüşlərlə bağlı paylaşım etdi

Sadə xəbər
CƏMİYYƏT 15.08.2024 3404
Saat24.Az xəbər verir ki, Deputatlığa namizəd Jalə Əliyeva bu barədə rəsmi Fecebuk səhifəsində paylaşım edib.
Paylaşımı olduğu kimi sizə təqdim edirik.

Dəyərli seçicilərim! 

VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində 9 avqust tarixindən etibarən Zərdab rayonunda  Gəlmə, Xanməmmədli, Hüseynxanlı, Salahlı, Əlibəyli, Allahqulubağı, İsaqbağı, Qaravəlli, Böyük Dəkkə, Dəkkəoba, Dəliquşçu, Qoruqbağı, Sarıqaya, Məlikli, Burunlu, Pərvanlı  kəndlərinin sakinləriylə silsilə görüşlər keçirtdik. Eyni zamanda Hüseynxanlıda şəhid, baş leytenant Ağaqardaş Abbasovun evində lham qardaşımızın qonağı olduq. Evin həyətində şəhidlərimizin xatirəsinə inşa edilən Xatirə Muzeyini ziyarət etdik. Sonra elə həmin məkanda çay süfrəsi arxasında şəhid ailələri ilə görüşdük. Növbəti dəfə onları dinlədik. Şəhidlərimizin müqəddəs xatirəsi qarşısında ehtiramla baş əydik, ruhlarına dualar oxuduq. 

Bu günə qədər keçirtdiyimiz  hər bir görüş öz izdihamıyla, seçicilərin göstərdikləri  təşəbbüskarlıq və nümayiş etdikdikləri etimadla yadda qalıb.

Bu dəfə seçki dairəmizin hüdudları daha da genişlənib. Daha əvvəllər 92 saylı Zərdab-Ucar adlanan  seçki dairəsi, indi 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsi olub. Və beləliklə bu dairədə indi Zərdabın 37 kəndini və şəhər mərkəzini birləşdirən 45 məntəqə, Kürdəmirin 18 kəndini birləşdirən 19 məntəqə, Ucarın isə 2 kəndini birləşdirən 3 məntəqə, ümumilikdə 67 məntəqə cəmlənib. 

Biz də Zərdab rayonundan başladığımız  təbliğat-təşviqat kampaniyamızı əvvəlcədən Dairə Seçki Komissiyası tərəfindən təsdiq edilən təqvim planına uyğun olaraq bu günlərdə Kürdəmir və Ucar rayonlarında davam etdirəcəyik. Daha sonra, gələn həftənin ortasından etibarən görüşlər yenə də Zərdab rayonunun kəndlərində və şəhər mərkəzində təşkil ediləcək. 

Bu səfərki parlament seçkisini digərlərindən fərqləndirən bir əhəmiyyətli cəhət var! Azərbaycan, 32 illik müstəqilliyi dövründə ilk dəfə bütün suveren ərazisində, işğaldan azad etdiyi torpaqlarında Parlament seçkisi keçirir. Bundan bir-neçə ay əvvəl, fevral ayında Prezident seçkilərini böyük bir uğurla başa vuran, öz Xilaskar, Müzəffər Prezidentini seçən xalqımız, cəmi 15 gündən sonra Parlament seçkilərində iştirak edəcək, etimad göstərdiyi namizədinə səs verəcək.

Hər bir Azərbaycan seçicisinə öz doğru seçimləri üçün əvvəlcədən təşəkkür edir, inkişafının yeni dövrünü yaşayan ölkəmizə, xalqımıza və dövlətimizə yeni Uğurlar, yeni Zəfərlər arzulayıram. 

Tanrı Azərbaycanı, Azərbaycan Xalqını, Azərbaycan Prezidentini qorusun! Amin! 

 
XƏBƏR LENTİ
10.10.2024 2053

DİGƏR XƏBƏRLƏR

Loading
Top