Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Lipetsk aerodromuna uğurlu hücumu təsdiqləyib.
"Sat24.az" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat dərc ediblər.
"Hücum zamanı aerodrom ərazisində idarə olunan təyyarə bombaları olan anbarlar və bir sıra digər obyektlər vurulub, güclü yanğın baş verib və çoxsaylı partlayışlar müşahidə edilib", - məlumatda qeyd olunub.
Bildirilir ki, Rusiya aerokosmik qüvvələrinin Su-34, Su-35 və MiQ-31 təyyarələri Lipetsk aerodromunda yerləşir.
Bundan əlavə, Kursk vilayətinin sərhədyanı rayonlarında əhalinin təxliyyəsi davam edir. İnsanlar avtobus və qatarlarla daşınır. Rusiya Prezidenti Vladimir Putin hər evakuasiyaya 10 min rubl məbləğində təzminat vəd edib. Sakinlərə təcili ödənişlər üçün dövlət büdcəsindən ümumilikdə 220 milyon rubl ayrılıb.
Kursk vilayətinə dəstək aksiyalarına Donetsk və Luqansk Xalq Respublikaları, eləcə də Rostov və Ulyanovsk vilayətləri qoşulub. Avqustun 7-də axşam saatlarından etibarən Kursk vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Sudja, Korenevo və Psel stansiyalarında qatar stansiyaları müvəqqəti olaraq sərnişinlər üçün bağlanıb.
Hazırda bölgədə döyüşlər davam edir. Səhiyyə Nazirliyinin məlumatına görə, 5-i uşaq olmaqla 34 zərərçəkən xəstəxanalardadır.